featured-image-44876

Cessi Linqardın Koreyanın “Seul” klubunda debütü böyük coşğu ilə qarşılanıb. Msport.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusunun ilk oyununa 54 min azarkeş gəlib.

Koreyalılar Linqardın formasını almaq üçün saatlarla növbədə dururlar. 31 yaşlı vinger bir ay əvvəl Səudiyyə Ərəbistanından gələn təkllifləri geri çevirərək “Seul”a keçmişdi.

Xatırladaq ki, Linqard “Mançester Yunayted”, “Lester”, “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem” və “Nottingem Forest” klublarında çıxış edib. O, İngiltərə millisində 32 matçda 6 qol vurub.

 

Bənzər xəbərlər