“Lion” baş məşqçisini istefaya göndərir
Fransanın “Lion” klubu baş məşqçisi Pyer Sajı istefaya göndərir.
Msport.az xəbər verir ki, bu barədə yerli “Lequipe” nəşri məlumat yayıb.
Komandanın uğursuz çıxışına görə 45 yaşlı mütəxəssislə yollar ayrılır. Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
Qeyd edək ki, Pyer Saj 2023-cü ildən bəri “Lion”a rəhbərlik edirdi. “Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion“a 1:4 hesabı ilə məğlub olub.