“Lion” baş məşqçisini qovdu
Fransanın “Lion” klubu baş məşqçisi Fabio Qrossonu istefaya göndərib.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında bildirib.
Qərarın yaxın saatlarda rəsmi olaraq açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Fabio Qrosso sentyabrın 16-da baş məşqçi təyin olunub. “Lion” Liqa 1-də 12 oyunda cəmi 1 qələbə qazanıb və 7 xalla sonuncu pillədə qərarlaşıb.







