featured-image-30197

Fransa Liqa-1-də 36-cı tura start verilib. Msport.az xəbər verir ki, turun ilk oyununda “Lion” öz meydanında “Monako”nu 3:1 hesabı ilə məğlub edib.

Qonaqlar 2-ci dəqiqədə hesabda önə keçiblər. Vissam Ben-Yedder penaltini dəqiq yerinə yetirib. Ruhdan düşməyən “Lion” 3 qol vuraraq əzmkar qələbə qazanıb. Meydan sahiblərinin heyətində Aleksandr Lyakazett, Maksans Kakere və Rayan Şerki fərqlənib.

“Monako” bu məğlubiyyətdən sonra Çempionlar Liqasına getmək şansını itirib. Filipp Klemanın komandası mövsümün başa çatmasına 2 tur qalmış ilk “üçlük”dən 8 xal geri qalır.

Fransa çempionatı 

36-cı tur 

“Lion” – Monako” 3:1

Lyakazett, 38, Kakere, 57, Şerki, 78 – Ben-Yedder, 2

ANAR 

 

Bənzər xəbərlər