"Lion"la oyun lüğətdə "çılğınlıq" sözünün ən yaxşı təsviri olardı" - Maquayr
İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Harri Maquayr Avropa Liqasının 1/4 final mərhələsində Fransa “Lion”u ilə cavab oyununu (5:4) şərh edib.
Msport.az xəbər verir ki, qələbə qolunun müəllifi olan futbolçu maraqlı fikirlər səsləndirib:
“Lion”la oyun lüğətdə “çılğınlıq” sözünün ən yaxşı təsviri olardı. Bu, inanılmaz bir oyun idi. Bir çox azarkeşimiz üçün bu maçdan gözəl xatirələr qalacaq. Onları sevindirdik, haqqımızda mənfi və müsbət danışılması üçün xeyl material verdik.
Azarkeşlərin bizimlə olması çox vacib idi. Əlavə vaxtda 2:4 hesabı ilə uduzduğumuz zaman bizi fitə basa, stadionu tərk edə bilərdilər, amma onlar bizimlə qaldılar. Üçüncü qolu vurduqdan sonra hamı yenə inandı. Çox şadam ki, azarkeşlər üzlərində böyük təbəssümlə və dostlarını görəndə danışacaqları çoxlu xatirələrlə evə getdilər”.
Qeyd edə ki, komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatmışdı.