“Lion” tanınmış baş məşqçiyə tapşırılır
Xorxe Sampaoli “Lion”un yeni baş məşqçisi ola bilər.
Msport.az xəbər verir ki, ötən həftə Fabio Qrossonu istefaya göndərən klub rəhbərliyi bu vəzifəni milli mütəxəssisə həvalə etmək istəyir.
“Lion” Fransa çempionatında 14 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.







