“Lion”un oyunçusu Almaniya klubunda
“Lion”un müdafiəçisi Kastello Lyukeba karyerasını Almaniyada davam etdirəcək.
Msport.az xəbər verir ki, futbolçu “Leyptsiq”lə anlaşıb. Bundesliqa təmsilçisi Lukeba üçün qarşı tərəfə 30 milyon transfer məbləği ödəyib. Müqavilə beş illikdir. 20 yaşlı mərkəz müdafiəçisi “Lion”un yetirməsidir.
O, Fransa klubunda 68 matça çıxıb və 4 qol vurub.







