“Lion” və “Roma” türkiyəli futbolçunu istəyir
Türkiyə millisinin və “Qalatasaray” klubunun futbolçusu Yunus Akgün karyerasını ölkə xaricində davam etdirə bilər.
Msport.az “Takvim”ə istinadən xəbər verir ki, oyunçu ilə İtaliyanın “Roma” və Fransanın “Lion” komandaları maraqlanır.
Hər iki klubun nümayəndələri bu gün Avropa Liqasında keçiriləcək “Qalatasaray” – “Elfsborq” matçı üçün İstanbulda olacaqlar.
Qeyd edək ki, Yunus Akgün “Qalatasaray”ın yetirməsidir.