featured-image-39381

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ABŞ-ın “İnter Mayami” komandasının ulduz futbolçusu Lionel Messiyə 1 milyard avro maaş təklif edib.

Msport.az xəbər verir ki, bu barədə “Le10sport”un jurnalisti Qillem Balaqa məlumat yayıb.

Onun sözlərinə görə, hətta 36 yaşlı hücumçu PSJ-də çıxış edəndə də “Əl-Hilal”ın nümayəndələri Parisə gediblər və oyunçuya xeyli məvacib təklif ediblər. Lakin Messi bu təklifi ciddi qəbul etməyib və yay transfer dönəmində ABŞ təmsilçisinə keçib.

Qeyd edək ki, onun “İnter Mayami” ilə sözləşməsi 2025-ci ildə başa çatacaq.

Bənzər xəbərlər