featured-image-66887

“Liverpul” Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.

Msport.az xəbər verir ki, bu barədə “mersisaydlılar”ın saytında yer alan məlumatda deyilir.

Ötən gün yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu “Liverpul”da 20 nömrəli formanı geyinirdi.

“20 nömrə “Liverpul”un 2024-2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”, – bəyanatda qeyd edilib.

Qeyd edəki ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Dioqo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.

Bənzər xəbərlər