“Liverpul” 20 yaşlı hücumçuyla maraqlanır
“Liverpul” yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi “Lyon”un gənc oyunçusu Bredli Barkola ilə maraqlanır. 20 yaşlı futbolçu üçün “Liverpul”dan başqa bir sıra top klublar da maraqlanır.
Qeyd edək ki, Barkola cari mövsüm Fransa çempionatında 20 oyun keçirib. O, bu oyunlarda 5 qol və 3 assistlə fərqlənməyi bacarıb.
Royal Turksoy







