featured-image-35693

“Liverpul” yeni transferini açıqlayıb.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ştutqart”ın yarımmüdafiəçisi Vataru Endonu heyətinə qatıb. 30 yaşlı yaponiyalı yeni klubunda 3 nömrəli formanı geyinəcək.

“Liverpul” Endo üçün Bundesliqa klubuna 19 milyon avro ödəyib.

Qeyd edək ki, Vataru 2019-cu ildən “Ştutqart”da çıxış edirdi. O, son mövsüm ərzində 40 oyunda iştirak edib, 5 qol və 2 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər