“Liverpul” 43-cü dəfə
İngiltərənin “Liverpul” klubu Premyer Liqada 43-cü dəfə 90-cı dəqiqədən sonra qələbə qoluna imza atıb.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi son olaraq səfərdə “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlib.
Qalibiyyət qolunu 90+4-cü dəqiqədə Harvi Elliott vurub. Komanda baş məşqçi Yurgen Kloppun rəhbərliyi altında 17-ci dəfə belə qələbəyə sevinib.







