featured-image-60876

“Liverpul” “Əl Nəsr”in 84 milyon avroluq təklifindən imtina edib. Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu David Nunyesə elçi düşüb.

Mənbənin sözlərinə görə, İngiltərə təmsilçisi 25 yaşlı hücumçunun heç bir məbləğə satılmadığını bildirib. Deyilənə görə, uruqvaylı forvard “Əl Nəsr”lə danışıqlar aparmaqda maraqlı imiş.

Nunyes bu mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxıb 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsi 2028-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunu 65 milyon avro dəyərləndirir.

Bənzər xəbərlər