featured-image-45782

“Liverpul” bundan sonra “Bayer”in baş məşqçisi Xabi Alonso uğrunda mübarizə aparmayacaq.

Msport.Az “The Times” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis daha bir mövsüm Leverkuzen klubunda qalmağı planlaşdırır.

Bu səbəbdən “qırmızılar” diqqətini alternativ namizədlərə, o cümlədən “Sportinq”in baş məşqçisi Ruben Amorim və “Brayton”dan Roberto De Zerbiyə yönəldib.

Qeyd edək ki, bu ilin yanvarında “Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Almaniyalı 2015-ci ildən Mersisayd təmsilçisinə rəhbərlik edirdi.

Bənzər xəbərlər