featured-image-30367

“Liverpul” “Brayton”un yarımmüdafiəçisi Aleksis Mak Allisterlə razılığa gəlib. Msport.az xəbər verir ki, insayder Fabritso Romano bu xəbəri yayıb.

Onun sözlərinə görə, “qırmızılar” 24 yaşlı futbolçu ilə yekun müqavilə bağlamağa çox yaxındılar. Yalnız bəzi detalları dəqiqləşdirmək qalır.

Argentinalı oyunçunun keçidi Mersisayd klubu tarixində ən bahalı transferlərdən olacaq.

Bu mövsüm Mak Allister “Brayton”un heyətində bütün turnirlərdə 37 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

O, Argentina yığması ilə  dünya çempionu olub. Yarımmüdafiəçinin “Brayton”la müqaviləsi 2025-ci ilin yayına kimidir.

ANAR 

Bənzər xəbərlər