“Liverpul” argentinalı futbolçunun transferini bitirdi
“Brayton”un yarımmüdafiəçisi Aleksis Mak Allister “Liverpul”a keçəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tviterdə paylaşm edib.
“Qırmızılar” argentinalı futbolçuya görə, 40 milyon avro ödəyəcək.
24 yaşlı oyunçu tibbi baxşdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Onun “Brayton”la müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Mak Allister 2022-2023 mövsümündə bütün turnirlərdə 40 oyun keçirib 12 qol vurub və 3 məhsuldar ötürmə verib.
O, Argentina yığmasının heyətində dünya çempionu olub.
ANAR







