featured-image-27113

“Liverpul” azarkeşləri ötən mövsüm “Real Madrid”ə qarşı Çempionlar Liqasının final oyunu zamanı baş verən insidentlərə görə UEFA-nı məhkəməyə verib.

Msport.az “Reuters”ə istinadən xəbər verir ki, fanatların maraqlarını təmsil edən “Leigh Day” hüquq firması 887 nəfərin adından məhkəməyə müraciət edib.

Digər iki hüquq firması – “Pogust Goodhead” və “Binghams Solicitors” da Mersisayd klubunun azarkeşlərini təmsil etdiklərini açıqlayıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılmış qarşılaşma təhlükəsizlik problemləri səbəbindən 36 dəqiqə gec başlayıb. Polislər arenaya soxulmaq istəyən “Liverpul” fanatlarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cahid

Bənzər xəbərlər