“Liverpul” baş məşqçisi ilə bağlı qərar verdi
“Liverpul” Arne Slotu baş məşqçi postunda saxlayacaq.
Msport.az xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə klubunun rəhbər şəxsləri niderlandlı mütəxəssisə etimad göstərməkdə davam edirlər.Hətta yayda heyətin gücləndirilməsi də nəzərdə tutulub.
33 turdan sonra 55 xalı olan “Liverpul” İngiltərə Premyer Liqasında 5-ci yeri tutur. “Qırmızılar” Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmağa yaxındırlar.







