featured-image-45924

İngiltərənin “Liverpul” klubunda baş məşqçi postuna daha iki namizəd bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə məşhur “The Ahtletic” nəşri məlumat yayıb.

Bunlar “İnter”in sükanı arxasında olan Simone İnzagi və “Bolonyo”dan Tyaqo Mottadır. Milan təmsilçisinin İnzagini buraxmaq istəmədiyi də qeyd olunub.

Daha əvvəl Mersisayd təmsilçisində bu posta Ruben Amorim, Roberto De Zerbi, Tomas Tuxel və Hans-Diter Flikin namizəd olduğu qçıqlanıb.

Qeyd edək ki, hazırda komandanın sükanı arxasında olan Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını bildirib. “Liverpul” Premyer Liqada 67 xalla liderdir.

Bənzər xəbərlər