featured-image-19780

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilmiş “Brentford”la səfər oyunu “Liverpul”un hücumçusu Aleks Oksleyd Çemberlen üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, 1:3 hesablı məğlubiyyətə üzüldükləri görüşdə komandasının təsəlli qolunu məhz Çemberlen vurub.

Bu oyun onun “Liverpul”dakı 100-cü Premyer Liqa matçı kimi tarixə düşüb. Nəticədə Aleks İngiltərə çempionatındakı 100-cü oyununda qol vurmağı bacaran 8-ci oyunçu olub.

Bu uğura son olaraq Məhəmməd Salah imza atmışdı. Misirli hücumçu buna 2020-ci ilin martında nail olmuşdu.

Xatırladaq ki, bu mövsüm “Liverpul”un heyətində cəmi 7 oyun keçirmiş Oksleyd Çemberlen, ilk qoluna imza atıb.

Bənzər xəbərlər