featured-image-56424

İngiltərənin “Liverpul” komandası ciddi itki ilə üzləşib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Dioqo Jota sıradan çıxıb. O, oktyabrın 27-də Pemyer Liqanın IX turunun “Arsenal”la matçında forma geyinməyəcək.

Portuqaliyalı futbolçu gələn həftədən komanda ilə birgə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Dioqo Jota bu mövsüm “Liverpul”un heyətində 10 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər