featured-image-58011

İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi İbrahima Konate sıradan çıxıb.

Fransalı futbolçu Çempionlar Liqası Liqa fazasının “Real”la matçında “2:0) zədələnib. 25 yaşlı mərkəz müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Liverpul” İngiltərə Premyer Liqasının 12-ci turunda 1 dekabr tarixində doğma meydanda “Mançester Siti” ilə qarşılaşacaq.

Bənzər xəbərlər