featured-image-26426

Cari mövsümün sonunda “Liverpul”u 15 futbolçu tərk edəcək.

Msport.az xəbər verir ki, Yurgen Klopp heyətdə ciddi islahatlar aparmaq niyyətindədir.

Almaniyalı mütəxəssis Adrian, Aleks Oksleyd-Çemberlen və Ceyms Milnerlə başa çatacaq müqavilənin uzadılmasını istəmir. Roberto Firmino artıq komandadan ayrılacağını təsdiqləyib.

“Yuventus”dan icarəyə götürülən Artur Melo İtaliya klubuna qaytarılacaq, Nataniel Filips, Co Qomes, Körtis Cons, Kuivin Kelleher, Joel Matip, Fabinyo və Konstantinos Tsimikas isə transferə çıxarılacaq.

Klub Fabiu Karvalyu və Kelvin Remzini isə icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, “Liverpul” hazırda 42 xalla İngiltərə Premyer Liqasında 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər