“Liverpul”da maaş artırılma tələbi
Mərkəz müdafiəçisi İbrahima Konatenin “Liverpul”la mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Msport.az xəbər verir ki, müqavilə şərtlərinə əsasən, futbolçu həftəlik 80 min funt-sterlinq maaş alır.
Sözləşmənin uzadılması ilə bağlı danışıqlar hələ ötən ilin oktyabrında başlanıb. Lakin hələlik tərəflər razılığa gəlməyib. Konatenin nümayəndələri maaşın həftəlik 120 min funt-sterlinq artırılaraq 200 min funta çatdırılmasını tələb ediblər. Bu halda onun illik gəliri 10,4 milyon funt-sterlinq olacaq.
Qeyd edək ki, İbrahima Konate 2021-ci ildən “Liverpul”un formasını geyinir.