"Liverpul"da qalmaqal - Salahla Klopp oyunun gedişində dalaşdılar
İngiltərə Premyer Liqasının 35-ci turunun “Vest Hem” – “Liverpul” oyunu zamanı ikincilərin düşərgəsində qalmaqal yaşanıb. Msport.az xəbər verir ki, Muhammed Salah meydana daxil olarkən baş məşqçi Yurgen Kloppla mübahisə edib.
Hadisə 82-ci dəqiqədə baş verib. Misirli hücumçunu yanında dayanıb onun kimi meydana daxil olmağa hazırlaşan Darvin Nunyes və Co Qomes sakitləşdirib.
35 turdan sonra 76 xal toplayan “Liverpul” lider “Arsenal”dan 2 xal geri qalır.