“Liverpul”da üç itki
“Liverpul”un zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Arne Slot açıqlayıb.
O bildirib ki, bərpa prosesi keçən Alisson, Dioqo Jota və Federiko Kyeza milli komandaların oyunları ilə əlaqədar fasiləyə qədər meydana çıxmayacaq. Hər üç oyunçu ən yaxşı halda noyabrın ikinci yarısında hazır olacaq.
Qeyd edək ki, “Liverpul” fasiləyə qədər üç matç keçirəcək. Mersisaydlılar Premyer Liqada “Brayton” və “Aston Villa”, Çempionlar Liqasında “Bayer”lə üz-üzə gələcək.