featured-image-32298

“Liverpul”un futbolçusu Luis Dias yeni mövsümdə fərqli nömrə geyinəcək.

Msport.az xəbər verir ki, kolumbiyalı vinger “Brayton”a keçən Ceyms Milnerə məxsus olan 7 nömrəni götürüb.

26 yaşlı futbolçu daha əvvəl 23 nömrə altında çıxış edirdi.

Qeyd edək ki, Dias 2022-ci ildən “Liverpul”un şərəfini qoruyur. O, son mövsüm ərzində 21 oyunda iştirak edib, 5 qol və 2 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər