featured-image-30751

“Liverpul”la yeni idman direktoru təyin olunub. Msport.az xəbər verir ki, İngiltərə klubu Yorq Şmadtkenin bu posta gətirildiyini açıqlayıb.

59 yaşlı mütəxəssis əvvəllər Almaniyanın “Köln”, “Hannover” və “Volfsburq” klublarında çalışıb.

O, “Liverpul”da Culian Uordu əvəzləyib. Sonucu bu vəzifədə bir ildən az işləyib.

Almaniyalı mütəxəssis iyunun 1-dən işə başlayacaq.

Şmadtke futbolçu karyerası ərzində “Fortuna”, “Frayburq”, “Bayer”, “Borussiya Münhenqladbax” kimi klublarda çıxış.edib.

 

Bənzər xəbərlər