“Liverpul”da yeni müqavilə
İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Kurtis Consla müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçunun sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
İngiltərəli futbolçu 6 yaşından “Liverpul”dadır. O, 2019-cu ildən əsas komandada çıxış edir.