featured-image-65202

“Liverpul” Ceremi Frimponqun transferi ilə bağlı “Bayer”lə razılığa gəlib.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, Premyer Liqa çempionu 24 yaşlı müdafiəçinin transferi qarşılığında leverkuzenlilərə 35 milyon avro ödəyəcək. “Mersisaydlılar” oyunçunun Almaniya təmsilçisi ilə müqaviləsindəki sərbəst qalma bəndindən yararlanıb.

Frimponq “Liverpul”la 5 illik müqavilə imzalayacaq. Yaxın günlərdə o, tibbi müayinədən keçəcək.

Bənzər xəbərlər