featured-image-50596

İngiltərənin “Liverpul” komandasından ayrılan qapıçı Adrian karyerasını yenidən İspaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, 37 yaşlı qolkiper “Betis”ə keçib.

Bu klubun yetirməsi olan ispaniyalı oyunçu 1998-2006-cı illərdə gənclər komandalarında çıxış edib.

Adrian 2012/2013 mövsümündə “Betis”in əsas heyətində 32 matçda meydanda olub.

Bənzər xəbərlər