featured-image-56102

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi “Real”a keçmək qərarına gəlib.

Msport.az xaric KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü gələn yay “Real”a qoşulmağı planlaşdırsa da, klub onun keçidini bu qış reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, 2025-ci ilə qədər “Liverpul”la müqaviləsi olan futbolçu məhz bu klubun yetirməsidir. 25 yaşlı müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir. Məşhur “Transfermarkt” portalı onu 70 milyon avro dəyərində qiymətləndirib.

Bənzər xəbərlər