featured-image-42475

“Liverpul” İngiltərə Liqa Kubokunun yarımfinalında “Fulhem”i üstələyərək (1:0, 1:1) finala adlayıb.

Msport.az xəbər verir ki, “mersisaydlılar” bununla da tarixlərində 14-cü dəfə İngiltərə Liqa Kubokunun finalına yüksəliblər. Bu isə rekord deməkdir. Daha əvvəl heç bir komanda belə nəticə göstərməyib.

“Liverpul” ümumilikdə 9 dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

Yurgen Kloppun baş məşqçilik etiyi komanda builki finalda “Çelsi” ilə qarşılaşacaq. Görüş fevralın 25-də “Uembli” stadionunda keçiriləcək.

Bənzər xəbərlər