featured-image-68365

“Liverpul” rəhbərliyi Aleksander İsakla danışıqlar uğursuz alınsa, başqa oyunçu axtarmağı planlaşdırmır.

Msport.az xəbər verir ki, “Nyukasl”ın isveçli hücumçusuna olan maraq hələ də qüvvədədir və yaxın zamanda “qırmızılar” onun üçün yeni təklif irəli sürəcək.

Bu yay İsakı heyətə qatmaq mümkün olmasa, “Liverpul” başqa hücumçu transfer etməyəcək. Bunun əvəzində klub yeni, elit səviyyəli vinger almağa çalışacaq. Bu, “Bavariya”ya keçən Luis Diasın boşluğunu doldurmaq məqsədi daşıyır.

Hazırda “Liverpul”un maraq dairəsində olan hücumçular arasında “Real”dan Rodriqo, PSJ-dən Bredli Barkola və “Lion”dan Malik Fofana kimi adlar var.

Bənzər xəbərlər