“Liverpul” İspaniyada, “Real” İtaliyada qələbəyə sevindi
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun görüşlərinə start verilib.
Msport.az xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.
İngiltərənin “Liverpul” komandası İspaniyada “Jirona”nı 1:0 hesabı ilə üstələyib. “Bayer” isə Almaniyada İtaliyanın “İnter” kollektivini eyni hesabla məğlub edib.
İspaniya nəhəngi “Real” İtaliyada “Atalanta”ya 3:2 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
VI tur
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Seltik” (Şotlandiya) – 0:0
“Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) – 0:1
“Leyptsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) – 2:3
“Bayer” (Leverkuzen, Almaniya) – “İnter” (İtaliya) – 1:0
“Atalanta” (İtaliya) – “Real” (İspaniya) – 2:3
“Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) – 2:1
“Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) – 1:5
“Zaltsburq” (Avstriya) – PSJ (Fransa) – 0:3
“Brest” (Fransa) – PSV (Niderland) – 1:0
Qeyd edək ki, VI turun növbəti oyunları bu gün təşkil olunacaq.