“Liverpul” İsveç millisinin üzvünü transfer edəcək
“Liverpul” yeni qapıçıyla güclənəcək.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi mövsümün sonunda klubdan ayrılmaq istəyən Kuimhin Kelleherin əvəzedicisini tapıb. “Qırmızılar” Norveçin “Odd” klubunun qapıçısı Leopold Vaşlstedti heyətinə qatmağa çalışacaq. 23 yaşlı isveçli qolpikerin komandasıyla müqaviləsi yayda bitir.
Qeyd edək ki, Leopold İsveç millisinin üzvüdür.
Royal Türksoy







