featured-image-62229

“Liverpul” İtaliyanın “Komo” klubunun 19 yaşlı futbolçusu Assane Diao ilə maraqlanır. Msport.az xəbər verir ki, İngiltərə təmsilçisi gənc hücumçuya Muhammed Salahın potensial əvəzləyicisi kimi baxır.

32 yaşı olan Salahın müqaviləsi bu yay başa çatır. “Komo”nun gənc forvardına “Nyukasl” da maraq göstərir.

Diao bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.

“Transfermarkt” Diaonu 9 milyon avro dəyərləndirir.

Bənzər xəbərlər