featured-image-47105

İngiltərənin “Liverpul” klubu Hollandiya təmsilçisi “Feyenoord”un baş məşqçisi Arne Slot ilə danışıqlara başlayıb.

Msport.Az “Sky Sports”a istimadən xəbər verir ki, Mersisayd klubunun nümayəndələri bu məqsədlə artıq Rotterdama gəliblər.

“Feyenoord” 45 yaşlı mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl xitam verəcəyi təqdirdə, “Liverpul”dan 10-15 milyon avro təzminat alacaq.

Xatırladaq ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda postunu tərk edəcək.

Bənzər xəbərlər