featured-image-22300

“Liverpul” rəhbərliyi baş məşqçi Yurgen Kloppu istefaya göndərmək niyyətində deyil.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, rəhbərlik hələ də 55 yaşlı mütəxəssisi dəstəkləyir.

“Liverpul”un bu mövsüm uğursuz çıxış etməsinə baxmayaraq, digər məşqçilərlə danışıqlar aparılmır. Klub rəsmiləri Kloppla iş birliyinin davam etdirilməsində maraqlıdırlar. Rəhbərlik yayda almaniyalı məşqçinin istədiyi transferləri reallaşdıracaq. Əsas prioritet yarımmüdafiə xəttinin gücləndirilməsi olacaq. “Liverpul” bu mövqeyə Cud Bellinqem (Borussiya Dortmund) və Mateuş Nuneşi (Vuverhempton) transfer etmək istəyir.

Klopp komandanı yenidən top səviyyəyə gətirmək üçün səylə işləyir. Hər iki tərəf iş birliyinin davam etdirilməsini arzulayırlar.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasında 10-cu yeri tutur. 2023-cü ildə komanda 7 oyunda 1 qələbə qazanıb və 4 görüşdə məğlub olub.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər