“Liverpul” Kyezanı “Nyukasl”a təklif etdi
“Liverpul”un hücumçusu Federiko Kyezanın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Msport.az xəbər verir ki, 27 yaşlı vinger son açıqlamasında “qırmızılar”da oynamaqda davam etmək istədiyini bildirsə də, bir çox klub onunla maraqlanır.
Kyezanı İtaliyanın “Atalanta”, “Milan”, “Napoli”, “Roma”, “İnter” klubları, həmçinin, İngiltərədən “Fulhem” heyətinə qatmaq niyyətindədir. Bundan əlavə, “Liverpul” italiyalı futbolçunu Aleksander İsakın transferi çərçivəsində “Nyukasl”a da təklif edib.
Kyeza Premyer Liqanın yeni mövsümünün ilk turunda “Bornmut”a qarşı oyunda qol vurmağı bacarıb.