featured-image-32398

“Leypsiq”in futbolçusu Dominik Szobosloi karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Liverpul” macarıstanlı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. Mersisayd təmsilçisi bu həftə futbolçunun agentiylə görüşmək niyyətindədir.

“Leypsiq” Dominiki 70 milyon avroya satmağa hazırdı.

Qeyd edək ki, Szoboslai son mövsüm 46 matçda iştirak edib, 10 qol vurub və 13 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər