“Liverpul” Luis Diasın alternativini tapdı
“Liverpul” “Real”ın futbolçusu Rodriqonu heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, “Bavariya”nın da heyətində görmək istədiyi Luis Dias “Liverpul”u tərk edərsə, mersisayd klubu onun yerinə “Real”dan Rodriqonu almağı planlaşdırır.
Qeyd edək ki, 2024/25 mövsümündə braziliyalı futbolçu La Liqada Madrid klubunun heyətində 30 oyuna çıxaraq 6 qol vurub.