featured-image-65327

“Liverpul” Macarıstan millisinin müdafiəçisi Miloş Kerkezin transferi üzərində çalışır.

Msport.az xəbər verir ki, “mersisaydlılar” “Bornmut”la əlaqə saxlayaraq mümkün keçidi müzakirə ediblər.

Transferin məbləği ilə bağlı danışıqlar davam edir. Həmçinin “qırmızılar” futbolçu ilə şəxsi müqavilə şərtlərinin razılaşdırılmasına yaxındırlar. Kerkez özü də “Liverpul”a keçmək istəyir. “Bornmut” isə onun üçün 40 milyon funt-sterlinqdən çox tələb edir. Hələlik rəsmi təklif göndərilməyib, lakin bu yaxın vaxtlarda dəyişə bilər.

21 yaşlı müdafiəçi Premyer Liqanın cari mövsümündə 36 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər