featured-image-28685

“Liverpul” yayda yarımmüdafiə xəttini gücləndirmək fikrindədir.

Msport.az xəbər verir ki, Mersisaydların əsas transfer hədəfi “Borussiya”dan Cud Bellinqem olsa da, bu keçid real görünmür. “Liverpul” rəhbərliyi Bellinqem üçün tələb olunan 120 milyon avronu ödəmək istəmir. Klub artıq digər variantları nəzərdən keçirməyə başlayıb. Bunlardan biri isə “Mançester Siti”dən Kelvin Fillipsdir. “Şəhərlilər”in heyətində oyun praktikasından əziyyət çəkən 27 yaşlı futbolçu “Liverpul”a mümkün transferə müsbət yanaşır.

Qeyd edək ki, MS Fillipsə 35 milyon avro qiymət qoyub. O, mövsümün əvvəlində “Lids Yunayted”dən 45 milyon avroya transfer edilmişdi.

Royal Türksoy

Bənzər xəbərlər