"Liverpul" - "Mançester Yunayted" oyunu təxirə salına bilər
Bu gün keçirilməli olan “Liverpul” – “Mançester Yunayted” oyunu təxirə salına bilər.
Msport.az xəbər verir ki, güclü qar yağmasına görə, İngiltərə Premyer Liqasının 20-ci turunun qarşılaşmasının baş tutmamaq ehtimalı var.
Liverpul şəhər bələdiyyəsinin təhlükəsizlik komissiyasının üzvləri məsələ ilə bağlı müşavirə keçirəcəklər. Bundan sonra matçın keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlamalıdır.