featured-image-41698

İngiltərə kubokunun 1/32 finalında “Liverpul” Londonun “Arsenal” klubunu 2:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, görüş “Emireyts” stadionunda baş tutub.

Matçın 80-ci dəqiqəsində “Arsenal”ın polşalı müdafiəçisi Yakub Kivior avtoqola imza atıb. İkinci hissəyə əlavə olunan 5-ci dəqiqədə “Liverpul”un kolumbiyalı hücumçusu Luis Dias fərqlənib.

“Arsenal” ardıcıl üçüncü dəfə uduzub. Bundan əvvəl Mikel Artetanın komandası İngiltərə çempionatında iki London derbisində məğlub olmuşdu – “Fulhem” (1:2) və “Vest Hem” (0:2).

“Liverpul” isə bütün yarışlardakı məğlubiyyətsizlik seriyasını altı matça çatdırıb.

Bənzər xəbərlər