"Liverpul" "Real"ı iki qolla üstələdi, "Yuventus"dan heç-heçə - NƏTİCƏLƏR
UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura yekun vurulub.
Msport.az xəbər verir ki, ikinci oyun günündə də 9 görüş keçirilib.
İngiltərə “Liverpul”u doğma meydanda İspaniya “Real”ını 2:0, Almaniya təmsilçisi “Borussiya Dortmund” isə səfərdə “Dinamo”nu (Zaqreb, Xorvatiya) 3:0 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
V tur
“Şturm” (Avstriya) – “Jirona” (İspaniya) – 1:0
“Srvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya) – 5:1
“Liverpul” (İngiltərə) – “Real” (İspaniya) – 2:0
“Aston Villa” (İngiltərə) – “Yuventus” (İtaliya) – 0:0
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Borussiya Dortmund” (Almaniya) – 0:3
“Bolonya” (İtaliya) – “Lill” (Fransa) – 1:2
PSV (Niderland) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 3:2
“Monako” (Fransa) – “Benfika” (Portuqaliya) – 2:3
“Seltik” (Şotlandiya) – “Brügge” (Belçika) – 1:1
Qeyd edək ki, Çempionlar Liqasında VI turun qarşılaşmalarına dekabrın 10-da start veriləcək.