featured-image-43893

“Liverpul” İngiltərə Premyer Liqasında növbəti nailiyyətə imza atıb.

Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi buna XXVI turda səfərdə “Luton”a qalib gəlməklə nail olub – 4:1

Fasiləyədək hesabda geri düşən komanda ikinci yarıda dörd qol vurub. Bununla da “Liverpul” əzmkarlıqla qazanılan xalların sayını 22-yə çatdırıb.

Kloppun komandası hesabda geri düşdüyü matçlarda əldə etdiyi xalların sayında Premyer Liqa rekordunu təkrarlayıb. Həmin göstərici də “Liverpul”a məxsusdur. 2008/09 mövsümündə komanda oyunun gedişində uduzduğu qarşılaşmalarda 22 xal toplayıb.

Bənzər xəbərlər