“Liverpul” Rodriqo ilə bağlı danışıqlara başladı
“Liverpul” “Real”ın hücumçusu Rodriqonun transferi ilə bağlı danışıqları sürətləndirib. Msport.az xəbər verir ki, İngiltərə klubu braziliyalı forvarda Luis Diasın əvəzləyicisi gözü ilə baxır.
Rodriqonun nümayəndələri hazırda Britaniyada danışıqlar aparırlar.
23 yaşlı futbolçu özü də “Liverpul”a keçməyin tərəfdarıdır.
Braziliya millisinin üzvünün Madrid təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.